TAM Education

İxtisaslar

Doğru ixtisas seçimi qəbuldan daha vacibdir. Balına, marağına və gələcək planlarına uyğun sahəni birlikdə müəyyən edirik.

Ən çox seçilən sahələr

Azərbaycanlı tələbələr arasında ən populyar istiqamətlər bunlardır:

  • Tibb: ən rəqabətli sahə, yüksək bal və erkən müraciət tələb edir
  • Stomatologiya: tibbə yaxın tələblər, güclü karyera perspektivi
  • Mühəndislik: kompüter, inşaat, elektrik-elektronika və digər sahələr
  • Hüquq: türkcə proqramlar üstünlük təşkil edir
  • Biznes və iqtisadiyyat: geniş ingiliscə proqram seçimi
  • Əczaçılıq, memarlıq, psixologiya və onlarla digər ixtisas

Seçim necə aparılır

İxtisas seçimində üç sualı birlikdə cavablandırırıq: bal hansı qapıları açır, hansı sahə real maraq doğurur və məzuniyyətdən sonra karyera hara aparır.

Kağız üzərində populyar görünən, amma sənə uyğun olmayan ixtisasa yönləndirmirik. Məqsəd qəbul deyil, düzgün qəbuldur.

Təhsil dili seçimi

Eyni ixtisas çox vaxt həm türkcə, həm ingiliscə mövcuddur. İngiliscə proqramlar beynəlxalq karyera üçün üstünlükdür, türkcə proqramlar isə daha geniş universitet seçimi verir. Dil sertifikatın yoxdursa, hazırlıq ili ilə başlamaq mümkündür.

Sənin üçün doğru universiteti birlikdə tapaq

Pulsuz konsultasiyada məqsədlərini dinləyir və sənə uyğun təhsil planını birlikdə hazırlayırıq.